Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-24 11:46:00
Soçidə məktəbdə partlayış törətmək istəyən şəxs tutulub   

Soçidə məktəbdə partlayış törətmək istəyən şəxs saxlanılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, “Vkontakte” sosial şəbəkəsində partlayıcı düzəltmək və sinif yoldaşlarına hücum etmək niyyətində olduğu haqqında məlumat yerləşdirən lisey şagirdi saxlanılıb.

 

Axtarış zamanı onun evindən partlayıcı vasitə, onun komponentləri, məktəbə silahlı hücum haqqında materiallar və gündəlik aşkarlanıb.(Apa)