Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-23 12:30:00
Alimlər insan bədənində 55 yeni kimyəvi maddə aşkarladı

İnsan bədənində əvvəllər öyrənilməmiş kimyəvi maddələr var.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə Kaliforniya Universiteti alimlərinin “Environmental Science & Technology” jurnalında dərc edilən məqaləsində deyilir.

 

Hamilə qadınların iştirak etdiyi araşdırma zamanı müəlliflər yüzdən çox kimyəvi maddə aşkar ediblər. Üstəlik, bunlardan 55-i əvvəllər müşahidə edilməyib, 42-də isə mənbəyi və tətbiq üsulunu təyin etmək mümkün olmayıb.

 

Alimlərin fikrincə, kimyəvi maddələrin qidalar vasitəsilə orqanizmə daxil olma ehtimalı böyükdür:

 

“Bu kimyəvi maddələr bəlkə də bir müddətdir insanlarda mövcuddur, lakin texnologiyamız mövcud maddələri indi daha yaxşı müəyyənləşdirməyimizə kömək edir”.