Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-23 11:00:00
ABŞ hökuməti UNO-larla bağlı hesabat yaymağı planlaşdırır

ABŞ hökuməti uçan naməlum obyektlərlə (UNO) bağlı indiyəcən məxfi saxlanılan çoxsaylı görüntülərin əks olunacağı hesabat yayımlamağı planlaşdırır.

AzEdu.az xəbər verir ki, bu barədə milli kəşfiyyat idarəsinin keçmiş direktoru Con Retkliff “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, “faktlar indiyəcən bilinənlərdən daha çoxdur”: “Onlardan bəziləri məxfilikdən çıxarılıb. Bu faktlardan danışarkən biz Hərbi-Dəniz Qüvvələri və ya Hərbi-Hava Qüvvələrinin pilotları tərəfindən görülən və ya peyklər vasitəsilə təsvirləri əldə olunan obyektləri nəzərdə tuturuq”.