Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-21 16:30:00
Azərbaycanda COVID-19-a yoluxma qismən azaldı -SON RƏQƏMLƏR

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 814 yeni yoluxma faktı qeydə alınıb, 342 nəfər müalicə olunaraq sağalıb.

 

Bu barədə  AzEdu.az-a  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 246 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 876 nəfər müalicə olunaraq sağalıb, 3 351 nəfər vəfat edib, aktiv xəstə sayı 10 077 nəfərdir.

 

Son sutka ərzində 8 386, bu günə kimi ümumilikdə 2 776 535 test aparılıb.