Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 17:58:00
Nazir: “Məktəblərdə kontingent geniş olduğundan orada hər gün xoşagəlməz halların olması mümkündür”

Təhsil naziri Emin Əmrullayev məktəblərdə baş verən xoşagəlməz hadisələrdən danışıb.

 

Bu barədə özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

 

Nazir qeyd edib ki, məktəblərdə xoşagəlməz hadisələrin baş verməsinə səbəb olan hallara yol verilir:

 

“Çalışırıq ki, həmin hallara qarşı mübarizə aparaq. Məktəblərdə kontingent geniş olduğundan orada hər gün xoşagəlməz halların olması mümkündür. Təbi ki, bu cür halların aradan qaldırılması üçün yerli təhsil şöbələrinin və məktəb direktorlarının üzərinə böyük məsuliyyət düşür” .

 

Nazir əlavə edib ki, məktəblərdə baş verən xoşagəlməz hallarla bağlı nazirlik yalnız anonim olmayan şikayətləri araşdırır:

 

“Gün ərzində daxil olan şikayətlərdə hansısa məktəbdə korrupsiya halının olduğu bildirilir. Amma elektron poçtun ünvanında ad belə olmur. Korrupsiya adı ilə mail göndərilir. Şikayət edənin kim olduğunu başa düşmədən məsələnin arxasınca getmək mümkün deyil”.

 

Oxu.az