Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 15:40:00
RTŞ müdiri canlı yayımda sualları cavabladı

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri A.Məcidov və şöbənin əməkdaşlarının iştirakı ilə 18 mart 2021-ci il tarixində Fasebook sosial şəbəkəsi üzərindən vətəndaşların müraciətlərinə həsr olunmuş çanlı görüş keçirilmişdir. Sosial şəbəkə iştirakçılarının narahat edən əsas məsələlər arasında pandemiya şəraitində distant təhsilin təşkili, I sinfə qəbul və şagird yerdəyişmələri, mövcud vakant yerlər, müəllimlərin işə qəbulu və yerdəyişməsi məsələləri, fənn olimpiadalarına hazırlıq məsələləri üstünlük təşkil edirdi.

 

Görüş iştirakçılarını maraqlandıran əsas məsələlər arasında məktəb psixoloqlarının fəaliyyətinə, buraxılış imtahanlarının təşkili və nəticələrinin təhlilinə aid məsələlər də üstünlük təşkil edib. Canlı yayımda Oğuz rayonunun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin son illər pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq təlimin və tədrisin təşkilində əldə etdikləri uğurları, ayrı-ayrı müəllimlərin müəllimlərin gərgin fəaliyyətini dəyərləndirən rayon Təhsil Şöbəsinin müdiri A.Məcidov əsas diqqəti canlı yayım iştirakçılarının suallarının birbaşa cavablandırılmasına ayırıb. 

 

 

Müzakirələr zamanı, rayon Təhsil şöbəsinin səlahiyyətlərinə aid olan və iştirakçıları maraqlandıran bir sıra məsələlərə yığcam və aydın cavablar verilmiş, yuxarı instansiyaların səlahiyyətlərinə aid olan məsələlərin həlli üçün respodentlərə qaldırılan məsələlərin müvafiq orqanlara istiqamətləndirilməsi üçün şöbə əməkdaşları tərəfindən lazımi köməkliklər göstərilməsinə hazır olduqları bildirilib. Pandemiya şəraiti nəzərə alınaraq Fasebook sosial şəbəkəsi üzərindən vətəndaşların müraciətlərinə həsr olunmuş çanlı görüşlərin mütəmadi xarakter daşıması planlaşdırılıb. 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları