Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 13:55:00
AzTU və “CONIM Cert” MMC arasında əməkdaşlıq  müqaviləsi imzalandı

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “CONIM Cert” MMC  arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. 

 

AzEdu.az-ın məlumatına görə, müqaviləni rektor Vilayət Vəliyev və müəssisənin icraçı direktoru Mehriban Osmanova imzalayıb.

 

Müqaviləyə əsasən, universitetin professor-müəllim heyəti və müxtəlif fakültələrində təhsil alan tələbələr üçün MMC tərəfindən İSO Beynəlxalq Standartlar seriyasına aid təlimlər keçiriləcək. Eyni zamanda, gənc kadrların müasir əmək bazarının tələblərinə uyğun iş həyatına hazırlanması üçün tələb olunan digər təlimlərin də müəssisə tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.