Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 12:49:00
Azərbaycanda istifadə edilən vaksin Britaniya ştammına qarşı da effektivdir - RƏSMİ

Azərbaycanda koronavirus infeksiyasına qarşı istifadə edilən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini yeni ştammlara qarşı da effektivdir.

 

Bu barədə AzEdu.az-a Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib

 

Xatırladaq ki, Mərkəzin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

 

Qeyd edək ki, ölkədə yanvar ayının 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Bu günə qədər ölkədə 468,826 nəfər peyvəndlənmə prosesində iştirak edib.