Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 12:13:00
UNESCO yerli dillərin inkişafına dair konfrans keçirib

Yerli Dillərin Beynəlxalq Dekadası (2022-2032 illər) üçün Qlobal Fəaliyyət Planının hazırlanması məqsədilə Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Məsləhətləşmələr mövzusunda onlayn konfrans keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbir UNESCO-nun təşkilatçılığı ilə baş tutub. Regional Məsləhətləşmələr zamanı müzakirəsi aparılan əsas mövzular yerli xalqların dillərinin davamlı inkişaf problemləri və perspektivləri, linqvistik müxtəliflik və çoxdilliklə bağlı məsələlər olub.

 

Müzakirələrin məqsədi Yerli Dillərin Beynəlxalq Dekadası (2022-2032 illər) üçün Qlobal Fəaliyyət Planının hazırlanmasına töhfə verməkdir. Tədbirdə milli hökumətlərin və beynəlxalq təşkilatların təmsilçiləri, yerli xalqların və onların təşkilatlarının nümayəndələri, bu sahə üzrə ixtisaslaşan alim və ekspertlər iştirak ediblər.

 

Regional Məsləhətləşmələrdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini qurumun əməkdaşı Rəhim Rəhimov  təmsil edib.

 

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.