Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-15 17:24:00
Buraxılış imtahanlarının qrafikinin qorunmasının nə kimi faydası olacaq? – Ekspertdən izah

 

 

“DİM tərəfindən 11-ci siniflər üçün buraxılış imtahanlarının keçirilmə qrafiki açıqlandı. Buraxılış imtahanları aprel ayından etibarən başlanacaq və 6 gün ərzində (15-16, 22-23, 29-30 aprel) keçiriləcək.

 

11-ci sinif buraxılış imtahanında şagirdlər 3 əsas fəndən (Azərbaycan dili, riyaziyyat və ingilis dili) imtahan verirlər. Bu imtahandan toplanan nəticə şagirdin həm attestatına yazılır, həm də qəbul imtahanının birinci mərhələsi kimi qəbul edilir”.

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib. Ekspert buraxılış imtahanlarının qrafikə uyğun zamanında keçirilməsinin əhəmiyyətindən də danışdı:

 

“Ötən ilin məzunları üçün isə buraxılış imtahanları may ayında təşkil olunacaq. Belə ki, buraxılış və qəbul imtahanlarının balları toplanaraq ali məktəbə qəbul fürsəti yaradır. Ümid edirəm ki, ölkəmizdə karantin rejimi sərtləşməyəcək və imtahanların keçirilmə ardıcıllığında dəyişiklik olmayacaq. Hər bir şagirdə uğurlar arzu edirəm. Buraxılış imtahanlarının vaxtında keçirildikdə abituriyentlərin blok imtahanına hazırlaşmaq üçün kifayət qədər vaxtları qalır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları