Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-14 14:58:00
DİM  imtahan tarixləri ilə bağlı AÇIQLAMA verdi  

Hazırda sosial şəbəkələrdə buraxılış (qəbul) imtahanlarının tarixləri ilə bağlı yanlış məlumatlar paylaşılır.

 

Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Bildirilib ki, imtahan tarixləri dəqiq müəyyən olunduqdan və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra DİM tərəfindən elan olunacaq və qurumun dim.gov.az saytında yerləşdiriləcək:

 

"İmtahan tarixləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlar həqiqəti əks etdirmir. 

 

Qeyd olunan məsələlərlə bağlı yalnız Dövlət İmtahan Mərkəzinə məxsus informasiya resurslarını izləməyi  tövsiyə edirik".