Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 17:14:00
Azərbaycanda “Sputnik V” peyvəndinin istifadəsi təsdiqləndi

Azərbaycanın Səhiyyə Nazirliyi Rusiyanın istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.


Qurumdan verilən məlumata görə, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

 

Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub. 


Yaxın zamanda bu peyvəndin Azərbaycana gətirilməsi təmin olunacaq.

 

Oxu.az