Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 10:00:00
DİM-in elektron xidmətləri fəaliyyətini dayandırır-RƏSMİ

Dövlət İmtahan Mərkəzi (DİM) təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərə xəbərdarlıq edib.


AzEdu.az  xəbər verir ki, DİM-ə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 17,18,19 marttarixlərində qurumun bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.


Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.