Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 17:43:00
UNEC-in tələbəsi “Gənc iş adamı” mükafatına layiq görülüb - FOTO

UNEC-in Biznes və menecment fakültəsinin 1-ci kurs tələbəsi Aydın Hüseynov Türkiyənin Gənc Liderlər Buluşması Dərnəyinin təsis etdiyi “Türkiyə Zirvə Ödülləri 2021”nin layihəsi tərəfindən “Gənc iş adamı” mükafatına layiq görülüb.

 

AzEdu.az xəbər verir ki, UNEC tələbəsi reklam sahəsi üzrə biznes fəaliyyətindəki uğuruna görə mükafatla təltif edilib. O, şəxsi bizneslə yanaşı, özəl şirkətdə icraçı kimi də fəaliyyət göstərir.