Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 17:06:00
Azərbaycanda son sutkada 515 nəfər COVID-19-a yoluxub,7 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 237 775 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402 nəfərdir.

Ölkədə son sutka ərzində 8462, hazırkı dövrədək isə 2671613 test aparılıb.