Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-09 16:09:00
“Cisco”nun təlimlərini uğurla bitirən AzTU əməkdaşlarına sertifikatlar təqdim olunub

Azərbaycan Texniki Universiteti (AzTU) ilə "Cisco" şirkəti  arasında əməkdaşlıq davam edir. Əməkdaşlıq çərçivəsində şirkətin təşkil etdiyi onlayn təlimlərdə iştirak etmiş AzTU əməkdaşlarına sertifikatların təqdim olunması ilə bağlı tədbir keçirilib. 

 

AzEdu.az xəbər verir ki, Rektor Vilayət Vəliyev “Cisco” şirkəti ilə universitet arasında əməkdaşlığın uğurlu nəticələrindən danışıb. Bildirib ki, ikitərəfli əməkdaşlığın bundan sonra da inkişafı üçün mütəmadi görüşlərin keçirilməsi davam etdiriləcək.

 

“Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər, eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün yaradılan imkanlar haqqında məlumat verib.

 

Daha sonra sertifikatlar təqdim olunub. Qeyd olunub ki, “Cisco”nun beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən həyata keçirilən təlimlərdə universitetin Kompüter texnologiyaları və kiber təhlükəsizlik kafedrasının müəllimləri öz biliklərini təkmilləşdirib, müxtəlif virtual və real alətlər, şəbəkə avadanlıqları ilə işləmək imkanı qazanıb.