Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-05 11:14:00
İlham Əliyev YAP-ın qurultayında çıxış etdi 

 

Bu gün Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının keçirilməsi gözlənilir.

 

AzEdu.az xəbər verir ki, partiyanın 7-ci qurultayında İdarə Heyətinin və Siyasi Şuranın tərkibin dəyişdirilməsi ilə bağlı qərarlar veriləcəyi ehtimal edilir.

 

Milli Qurtuluş Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş Partiyası, Demokratik Sahibkarlar Partiyası YAP-a birləşmək barədə qərar veriblər. Bu barədə martın 4-də yerli mətbuatda həmin partiyalara istinadən məlumatlar dərc edilib.

 

YAP-ın qurultayında həmin partiyaların hakim partiyaya qoşulmaq qərarlarına da baxılacaq.

 

YAP özü isə qurultayla bağlı hələlik rəsmi açıqlama yaymayıb.