Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 14:36:12
İşıqların sönməsi buraxılış imtahanının cavablarını  ləngidəcək? – DİM AÇIQLADI  

“Ölkədə elektrik enerjisinin kəsilməsi səbəbiylə buraxılış imtahanlarının cavablarında hər hansı gecikmə müşahidə olunmayacaq”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, fövqəladə vəziyyətin cavab kartlarının emalına heç bir təsiri gözlənilmir:

“Hazırda cavab kartlarının emalı  prosesi gedir. Buraxılış imtahanının cavabların nə zaman bəlli olacağını öncədən söyləmək  mümkün deyil. Ancaq elektrik enerjisinin kəsilməsi ilə bağlı imtahan nəticələrinin elan olunmasında hər hansı problem yoxdur və olmayacaq”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 3 iyulda Bakı şəhərində yerləşən xüsusi  təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızı  yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 57625 şagird (IX sinif üzrə 32795, XI sinif üzrə 24830) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları