Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-17 17:00:00
DİM-in elektron resursları iki gün işləməyəcək    

Dövlət İmtahan Mərkəzi (DİM) təqdim etdiyi elektron xidmətlərdən istifadə edənlərə müraciət edib.

DİM-dən AzEdu.az-a bildirilib ki, mərkəzə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsi ilə əlaqədar 2021-ci il 17-19 mart tarixlərində Mərkəzin bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.