Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-13 16:23:00
Azərbaycanda daha 169 nəfər COVİD-19-dan sağaldı,155 nəfər yoluxdu

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 155 yeni yoluxma faktı qeydə alınıb, 169 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə AzEdu.az-a  Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 231 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 514 nəfər müalicə olunaraq sağalıb, 3 178 nəfər vəfat edib. Hazırda 2 303 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 715, bu günə qədər isə ümumilikdə 2 495 198 test icra olunub.