Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-13 15:29:00
ADNSU-da Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

 Fevralın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qəhrəman Mübariz İbrahimovun heykəli önündə onun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, Mübariz İbrahimovun abidəsi önünə əklil qoyulduqdan sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı Milli Qəhrəmanın keçdiyi döyüş yolu, göstərdiyi şücaətdən danışıb. Mübariz İbrahimovun qəhrəmanlığının Azərbaycan gəncinin Vətənə məhəbbətinin təzahürü olduğunu qeyd edən rektor Mustafa Babanlı gənc nəslin vətənpərvər ruhda yetişməsində ailə, məktəb və  universitetlərin yüksək rolunu qeyd edib. O Mübariz İbrahimovun göstədiyi şücaətin gənclərə örnək olduğunu, ADNSU-da ucaldılmış abidənin minlərlə gənc üçün and yeri olduğunu vurğulayıb. Rektor M.Babanlı işğal altında olan Qarabağın erməni qəsbkarlarından azad edilməsi ilə nəticələnmiş Vətən Mühraibəsində qazanılmış möhtəşəm zəfəri Azərbaycan Respublikasında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin səmərəli təşkilinin bariz nümunəsi kimi səciyyələndirib. O Mili Qəhrəman Mübariz İbrahimov və Vətən Müharibəsində şəhid olmuş ADNSU-nun tələbə və məzunlarının, bütövlükdə canında keçən Azərbaycan əsgər və zabitlərinin xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını vurğulayıb.

 

Rektor M.Babanlı ADNSU-nun Vətən Müharibəsində qəhrəmancasına şəhid olan məzunlarının ailələri ilə daim sıx təmasda olacağını qeyd edərək hazırda onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.