Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-13 12:30:00
UNEC beynəlxalq reyntinqdə liderdir  

Avstraliyada yerləşən UniRank reytinq təşkilatı 2021-ci il üçün dünya universitetlərinin reytinqini açıqlayıb. 

Azərbaycan Dövlət İqtisad Universitetdən AzEdu.az-a verilən məlumata görə, UniRank reytinq təşkilatının 200-dən artıq ölkədə rəsmi qeydiyatdan keçmiş 13800-dən çox ali təhsil müəssisəsinin analizi nəticəsində aparılan reytinq sıralmasında UNEC dünya universitetlərinin reytinqində 366-cı yerdə qərarlaşıb.

UniRank reytinq agentliyinin regional reytinq sıralaması olan “Asiyanın 200 ən yaxşı universiteti” sıralmasında Azərbaycandan düşən yeganə universitet olan UNEC regionun 36-cı ən yaxşı universiteti seçilib.