Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-12 15:33:00
Startaplar  üçün  ilk  olaraq  investisiya  problemi  həll  edilməlidir – Osman Gündüz

“Hökumət  startapın  rəsmi  olaraq  startap  olduğunu  müəyyən  etmək  üçün, 2  il  əvvəl qəbulu  nəzərdə tutulan  meyarları  nəhayət  ki, bir  müddət öncə  qəbul  etdi.”

 

AzEdu.az  xəbər  verir  ki, bunu  Azərbaycan  İnternet  Forumunun  Prezidenti  Osman  Gündüz  qeyd  edib. O  bildirib  ki, hələlik  KOBİA  müraciətlərin  qəbulu  və  şəhadətnamələrin  verilməsi  mexanizmini  açıqlamayıb:

 

“Uzun  müddətdən  bəri  gözlənilən  startap  meyarları  təsdiqləndi. Bu  meyarlara  uyğun  gələnlərə  Şəhadətnamə  veriləcək  və onlar  mənfəət verigisindən  azad  olunacaq. Hələ üstəlik onları  reyestrə salıb  pasport da verəcəklər. Gözlənilir ki, viza  və  xarici  pasport  da verilsin.”

 

“Ölkədə  mənfəəti  olan  startaplar  demək  olar  ki, yoxdur”

 

“Buradan  da  belə  qənaətə  gəlmək olar  ki, yeni  qərar  irəliyə  doğru  bir  addım  olsa  da, indiki  halda  bu  qərardan  ekosistemin  sürətli  inkişafını gözləmək  sadəlövhlük  olardı. Düşünürəm  ki, hökumət  startapların formalaşması, ilkin  mərhələdə  inkişafı  üçün  zəruri  olan  mühitə  yönəlilk addımlar  atmalıdır”.

 

Bu  addımların  bəzilərini, qəbul  edilməsi  zəruri  olan  hüquqi  sənədləri  bir daha  aşağıda  qeyd  edirəm:

 

  1. Vençur maliyyələşmə və  vençur  fondlar  haqqında  Qanun
  2. İnnovasiyaların inkişafı haqqında  Strategiya
  3. Ödəniş xidmətləri və  ödəniş  sistemləri  haqqında  Qanun
  4. Elektron ticarətin ƏDV-dən  azad  edilməsi  haqqında  qərar
  5. Ali təhsildə İT  ixtisaslara  qəbulda  "İnformatika  yoxsa  Kimya" problemini  həll  etmək
  6. E-ticarət haqqında qanunun yenilənməsi  (2005-də qəbul edilib)  və  s.

 

Hökumət  startaplar  üçün  investisiyanın  inkişafına  dəstək  verməldir

 

Fikrimcə, hökumət  ilk  öncə  startaplar  üçün  ilkin  investisiya  problemini  həll etməlidir. Bizim  fərdi  investorlar  hələlik  digər sahələrə  yatırımlar  etdiyindən  hökumət bu  sahənin  inkişafına  dəstək  verməlidir. Maraqlıdır  ki , hələlik heç  bir  aidiyyatı  qurum  işlək vəziyyətdə  olan  bir İnverstorlar  Klubu  formalaşdıra  bilməyib.

 

Səlahiyyətli  dövlət  qurumları  bir araya  gələrək  konkret  həllər  hazırlamalıdır

 

Xatırlayıram  ki, bir  müddət  öncə  Prezident  xaricdə  startap  quran gənclərimiz  barədə  danışarkən, ölkəmizdə  startap  ekosistemin  inkişafı  üçün münbit  şəraitin  yaradılmasına  diqqət  yönəltmişdi. Hələlik, aidiyyatı  dövlət  qurumlarından  mühitin  inkişafına  yönəlik  addımlar müşahidə  olunmur.

 

Fikrimcə, bu  sahədə  səlahiyyət  sahibi  olan  3  əsas  dövlət  qurumu, NRYTN, VXSİ  Dövlət  Agentliyinin  İNNOLAND  Mərkəzi  və  KOBİA  bira  araya gələrək  maraqlı  tərəflərlə  birgə  startap  ekosistemin  və  innovasiyaların inkişafı  üçün  münbit  şəraitin  yaradılması  istiqamətində  konkret  həllər hazırlamalıdır.

 

Qeyd  edək  ki, bir  müddət  öncə  Nazirlər  Kabineti  startapın  müəyyən olunması  meyarlarını  təsdiqləyib.