Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-12 15:20:00
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlandı  

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 191 yeni yoluxma faktı qeydə alınıb, 226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə AzEdu.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 231 840 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 345 nəfər müalicə olunaraq sağalıb, 3 173 nəfər vəfat edib. Hazırda 2 322 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 260, bu günə qədər isə ümumilikdə 2 485 483 test icra olunub.