Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-11 13:48:00
Magistraturaya sənəd verən bakalavrların sayı açıqlanıb

2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd verən bakalavrların sayı açıqlanıb.

 

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, ümumilikdə 3610 bakalavrın sənədi təsdiq edilib, onlardan 3254-ü Azərbaycan, 356-sı isə rus bölməsindəndir. 

 

Qeyd edək ki, DİM fevralın 9-dan 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu elan edib. İmtahanda iştirak etmək istəyən bakalavrlar fevralın 18-i saat 23:59-dək sənəd verə bilərlər. 

 

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.