Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-11 12:48:00
Dövlət İmtahan Mərkəzi “Məntiqi təfəkkürü yoxlayan testlər” vəsaitinin yeni versiyasını çap edib

Dövlət İmtahan Mərkəzi “Məntiqi təfəkkürü yoxlayan testlər” adlı vəsaitin yeni versiyasını çap edib.

 

DİM-dən AzEdu.az-a-a bildirilib ki, bu vəsait ali təhsilin magistratura səviyyəsinə və vakant iş yerlərinə qəbul imtahanlarına hazırlaşanlar üçün tərtib edilib.

 

Vəsait ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramına uyğun hazırlanıb. Test tapşırıqları sözlə bağlı (verbal), fiqurla bağlı və məntiqi-riyazi bölmələrdən ibarətdir. Vəsaitin sonunda hər birində 50 tapşırıq olmaqla iki variant ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini yoxlayan test tapşırığı nümunələri və kitabdakı bütün tapşırıqların izahlı cavabları təqdim olunub.

 

Kitabı DİM-in Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən almaq, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.