Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-10 16:02:00
Kənd məktəbində  şəhidlərin ruhuna hörmət olaraq xatirə  lövhəsi yaradıldı - FOTO

Ordumuzun müzəffər qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi  həm də bir xalq olaraq nə dərəcədə birliyimizi, yumruq kimi birləşmək bacarığımızı bizə göstərdi.  

 

AzEdu.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü  uğurunda mübarizədə Qazax  rayon Birinci Şıxlı kəndinin gəncləridə fəal iştirak etmişdir. Vətən müharibəsi başlayan andan ordu sıralarına yazılan Birinci Şıxlı gəncləridə ön sıralarada  oldular.

 

Birinci Şıxlı Kənd tam orta məktəbini bitirmiş gənclərdən 6 nəfəri torpaqlarımızın bütövlüyü uğrunda öz canlarından keçərək şəhidlik mərtəbəsinə ucaldılar.

 

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canlarından keçən Qazax  rayon Birinci Şıxlı kəndinin  şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin   giriş hissəsində şəhidlərimizin ruhuna hörmət olaraq xatirə  lövhəsi yaradılıb. Vətən müharibəsində həlak olan Birinci Şıxlı  şəhidlərinin fotolarının əks olunduğu lövhədə şəhidlərin adı, soyadı, doğum və həlak olduğu tarix qeyd olunub.

 

Allah bütün şəhidlərə rəhmət etsin!