Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-10 13:19:00
LDU  “YAŞAT” fonduna  dəstək oldu

Lənkəran Dövlət Universiteti (LDU)  Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fonduna 10 min manat vəsait köçürüb.

 

AzEdu.az xəbər verir ki, LDU kollektivinin fonda yardım etmək  təşəbbüsü  universitetin Elmi şurası tərəfindən tam  dəstəklənib . Elmi şurada çıxış edənlər  Lənkəran Dövlət Universiteti əməkdaşlarının   sosial yönümlü  belə  xeyriyyə aksiyalarında  daim öncül sırada iştirakını müsbət dəyərləndiriblər və gələcəkdə də bu istiqamətin davam etdirilməsini vacibliyini xüsusi vurğulayıblar.

 

Qeyd edək ki,  “YAŞAT”Fondunun  yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.