Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-09 17:52:32
AzTU müəllimlərinin həmmüəllifi olduğu modul dərs vəsaiti çap olundu

Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri - dosent Rəhim Rəhimov və assistent Qadir Qafarovun həmmüəllifi olduğu 3 (Tibbi avadanlıqlara  texniki xidmət, Tibbi avadanlıqların diaqnostikası, Tibbi avadanlıqların təmiri) modul dərs vəsaiti nəşr olunub. 

 

AzEdu.az-ın məlumatına görə. dərs vəsaitləri Təhsil Nazirliyi ilə Təhsil İnstitutunun sifarişi və Avropa İttifaqının dəstəyi ilə hazırlanıb.

 

Nəşrlərdə tibbi cihazların ayrı–ayrı hissələri rəngli şəkillərlə təqdim olunub, onların təmiri üçün istifadə olunan ölçü və diaqnostika vasitələri haqqında məlumat verilib.

 

Müvafiq tədris proqramları üzrə bilik və bacarıqların verilməsi məqsədilə hazırlanan modul dərsliklər texniki peşə təhsili alanlar üçün Azərbaycan dilində yazılmış ilk dərs vəsaitidir.