Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 17:30:00
 STM  sözçüsü: "Azərbaycanda bu institutun yaradılmasına ehtiyac var"

Bu gün Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasından iki il ötür. 2019-cu ildə yaradılan STM  ictimai rəyin öyrənilməsində böyük rol oynayır.

 

AzEdu.az-a danışan Sosial tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli STM-in təhsillə bağlı fəaliyyətindən söz açıb:

 

“Sosial Tədqiqatlar Mərkəzi həm də təhsillə bağlı istiqamətləri tədqiq edir. Belə ki, yeni imtahan modeli ilə bağlı bizim ictimai rəyi özündə əks etdirən  sorğu sənədimiz açıqlanıb. Təhsil ölkənin prioritet istiqamətlərindən biri olduğu üçün daima onunla bağlı  müxtəlif formada tədbirlər həyata keçirməyi düşünürük. Bunlar həm də bizim illik planlamalarımıza da daxildir. Vacib nüanslardan biri də ölkəmizdə sosiologiya elminə xüsusi yer verilməsi ilə əlqədardır. Hətta Azərbaycanda Sosiologiya İnstitutunun yaradılmasına ehtiyac var. Bu baradə bizim də müəyyən fikirlərimiz formalaşır. Eyni zamanda sosial tədqiqatlar  elminin və sosial işçi anlayışının geniş şəkildə təşəkkül tapması ilə əlaqədar  vacib strateji sənədlərin hazırlanması üzərində müəyyən işlər hıyata keçiririk”.

 

Əziz Əlibəyli təhsil sahəsində ictimaiyyətin hansı yenilikləri görmək istədiyindən söz açıb:

 

“Digər elmi istiqamətlərdən biri də təhsil sahəsində data elminin inkişafı ilə əlaqədar xüsusi tədbirlərin görülməsi ilə bağlıdır. Data analtika və data hesabatların işlənməsi yüksək texnologiyalara aid sfera olduğundan xüsusi  mütəxəssislərin hazırlanması və tətbiqi  kimi  çox çətin və geniş prosesi əhatə  edir. Bu baxımdan  həmin məsələləri təhsilin müxtəlif formalarında reallaşdırmağa çalışırıq.

 

Yeni təhsil yanaşmasının tətbiqinə ehtiyac var. Bu yol Azərbaycan milli ideologiyasının qalib xalq kimi  olmasını özündə  ehtiva edir. Hansı ki,  bu baxışlar məhz bizim dərsliklərdə də öz əksini tapmalıdır. Bununla bağlı bizim müəyyən araşdırma və sənədlərimiz təqdim olunub. Lakin bunlar qapalı arayışlar olduğundan onu açıqlaya bilmirik. Təhsil sahəsində çoxlu sayda yeniliklərə səbəb ola biləcək məsələlərdən biri də ortaq türk tarixi ilə bağlı  ciddi yanaşmaların olmasıdır. Bununla əlaqədar bizim fundamental  tədqiqat proqramının hazırlanması  və tədbiqi ilə bağlı ciddi fikir  və yaşmalarımız mövcuddur. Bu  sənədlərin hazırlanmasında dünya praktikası əsas götürülür, hansı ki onların da təhsildə öz vacib yeri var”.

 

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasında ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları