Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-07 12:36:00
Günəş sistemimizdəki planetlərdə nə qədər müddət həyatda qalmaq olar?

nsan üçün kosmosda həyat ən müəmmalı məsələlərdən biridir. Digər planetlərə gedib çatmaq bir qırağa, həmin planetlərin atmosfer və iqliminə uyğunlaşmaq belə olduqca çətindir. Günəş sistemimizdəki planetlərin iqlim və quruluşlarını incələdiyimiz zaman maraqlı faktlar ortaya çıxır.

Əgər heç bir təchizatımız olmasa, bu planetlərdə nə qədər müddət yaşaya bilərik?

1. Merkuri
Bu planetdəki gecə və gündüz arasındakı istilik olduqca fərqlidir. Gecələr -178 dərəcsə selsi olan hava, gündüz 426 dərəcəyə çata bilir. Merkuridə həyatda qalma müddəti 90 saniyədir.

2. Venera
Veneraya ayaq basdığınız andan sadəcə 1 saniyə həyatda qala bilərsiniz. Hansı səbəbdən öləcəyiniz isə məlum deyil. Belə ki, Veneranın atmosferi karbondioksiddir. Veneradakı təzyiq dünyadakı təzyiqdən 90 dəfə daha çoxdur. Planetin bütün səthi sulfat turşuluğu olan buludlarla örtülüb və bütün bunlarla yanaşı hava temperaturu 426 dərəcədir.

3. Mars
Mars, Yerdən başqa yaşama ehtimalı ən yüksək planetdir, lakin Marsda heç bir təchizat olmadan həyatda qalma müddəti 80 saniyədir. Atmosferin 95%-i karbondioksiddən ibarətdir. Orta istilik isə -62 dərəcəyə çatır.

4. Yupiter
Yupiter, Günəş sistemimizdəki ən böyük planetdir. Yupiterdə yaşama müddəti isə 1 saniyədir. Planetdə baş verən təbii fəlakətlər sizi öldürməyə bəs edir. Bununla yanaşı planet hidrogen və heliumdan ibarət olan qaz bulududur. Yupiterin səthi yoxdur.

5. Saturn
Yupiter qədər olmasa da, Saturn da nəhəng planetlər siyahısındadır. Saturnda həyatda qalma müddəti heç bir saniyə belə deyil. Bu planetdə saatda 800 min kilometr sürətinə sahib olan güclü küləklər əsir.

6. Uran
Uran planeti, isti su, metan qazı və ammonyakdan ibarətdir. Bu planetdə həyatda qalma ehtimalı demək olar ki, heç yoxdur. Planetin səthinə yaxınlaşdığınız anda əriməyə başlayacaqsınız.

7. Neptun
Neptunda da həyatda qalmaq 1 saniyədən az vaxt alır. Bu planetdə də çox şiddətli küləklər əsir. Küləklərin sürəti o qədər böyükdür ki, səsin yayılma sürətini belə keçə bilirlər.