Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-04 16:55:00
BP fiziki qüsurlu uşaqların müalicəsinə dəstək məqsədli layihəyə başlayıb
  • “BP  2020-ci ilin yekunları Biznes Əməliyyatları Hesabatını hazırlayıb. Siyahı da təhsillə bağlı layihələr də yer alıb.

    2020-ci ildə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 3,2 milyon ABŞ dolları xərcləmişlər.

     

    AzEdu.az BP-yə istinadən  Bp və tərəfdaşlarının həyata keçirdiyi təhsil layihələrindən bir neçəsini təqdim edir: 

     

  •  

    Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək. 

  •  

    bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) əlilliyi və inkişafda gecikmələri olan uşaqların müalicə xidmətinin Azərbaycanda inkişafı, həmçinin onların müalicəsi ilə məşğul olan peşəkarlara dəstək olmaq üçün sosial layihəyə başlayıb. Buna nail olmaq üçün ABŞ-da yerləşən Corctaun Universiteti ilə birgə əlilliyi və inkişafda gecikmələri olan uşaqları müalicə edən yerli mütəxəssislərə təlimlər keçirilir. Ölkə daxilində uşaq inkişafı xidmətlərinin qovşağını genişləndirmək məqsədilə Corctaun Universiteti ilə birgə yerli peşəkarlara təlimlər keçirmək üçün yerli universitetlərdən birində praktiki təlim mərkəzi yaradılması nəzərdə tutulub. 

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) tələbələrə düzgün karyera seçimi etmələrinə dəstək olmaq üçün ərsəyə gətirilən layihəni dəstəkəlyir. Layihə çərçivəsində təxminən 500 tələbə şəxsi maraqlarını, çatışmazlıqlarını müəyyənləşdirmək, həmçinin öz karyera hədəflərinə çatmaları üçün lazım olan bilik və bacarıqları əldə etmələri məqsədilə təlim və mentorluq imkanları ilə təmin ediləcəklər. Layihənin digər məqsədi də ixtisas təhsilinin vacibliyi haqda ictimai fikri təşfiq etməkdir. “Karyera rəhbərliyi” testinə qatılan 100-dən çox tələbəyə analitik düşünmə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün konsultasiyalar verilmiş və qeyri-texniki bacarıqlar üzrə təlimlər keçirilib.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) yerli universitetlərin elmi araşdırmalarının və nəşr fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edən bir layihəni uğurla başa çatdırmışdır. Layihə çərçivəsində 10 yerli universitet Scopus'a (Elsevier-in həyat elmləri, sosial elmlər, fizika elmləri və səhiyyə elmləri sahələrində 11,000-dən çox naşirin 36,000-dən çox başlığını əhatə edən abstrakt və istinad bazası) girişlə təmin edilmiş və onlara bazadan istifadə təlimi keçilib. 
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları