Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-02 17:42:00
Şəhid polkovnikin həyat yoldaşı gəncləri belə təbrik etdi

«Aprel şəhidi» Sənan Axundovun oğlu  Tahir Axundov gənclər günündə rütbə alıb.


AEdu.az xəbər verir ki, ona Sankt Peterburqda təhsil aldığı Ali Hərbi Tibb Akademiyasında  kiçik çavuş rütbəsi verilib. Tahir Axundova çavuş rütbəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrininn  Rusiya Federasiyasındakı hərbi attaşesi polkovnik  Nadir Şahbazovun təqdimatı əsasında verilib.  

 

 Tahir Axundovun anası Nəcibə Axundova bu barədə məlumat verib. O, oğlunun simasında bütün gəncləri təbrik edib.

 

"Bu gün Gənclər Günüdür. Mən hal-hazırda Sankt-Peterburqda “Ali Hərbi Tibb Akademiyası" nda 2-ci kursda müalicə işi üzrə təhsil alan oğlum Tahir Axundovu və onun timsalında bütün gənclərimizi təbrik edirəm. Bildiyiniz kimi, Tahir 2-ci kurs tələbələri arasında nizam-intizamı və nailiyyətləri ilə seçildiyinə görə kiçik çavuş rütbəsi ilə təltif edilib. Mən Müdafiə Nazirliyinə buna görə təşəkkürümü bildirirəm. Oğlumun timsalında hər bir Azəri gəncin güclü şəxsiyyət olaraq dövlətə xidmət etmək üçün güclü təhsil almaqlarını arzu edirəm. Tahir Ali Hərbi Tibb Akademiyasının rektoru, hərbi tibb xidməti general-mayoru Bunin tərəfindən 3 dəfə Fəxri Fərmanla təltif edilib.

Canım oğlum, Gənclər Günün mübarək!"

 


Tahir Axundov  təhsil aldığı  85 tələbənin içərisində öz uğurları və intizamı ilə seçilir.  

Onun atası polkovnik-leytenant, kəşfiyyat idarəsinin rəisi Sənan Axundov  2016-cı ildə aprel ayında şəhid  olub. Azərbaycan ikinci  Qarabağ döyüşləri başlayanda, Sank-Peterburqda təhsil alan şəhidin oğlu Tahir Axundov ərizə yazaraq, döyüşlərdə iştirak etmək istədiyini bildirib.