Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-29 16:19:00
2021-ci il qəbul prosesində bu qaydalar DƏYİŞDİRİLDİ-YENİLİKLƏR

29 yanvar 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçiriləcək imtahanlarla əlaqədar mətbuat konfransı keçirib.

AzEdu.az DİM-ə istinadən ali təhsil məüssisələrinə, magistratura, doktorantura və rezidenturaya qəbulla bağlı yenilikləri təqdim edir:

Hələ ki, fevral-mart aylarında keçirilməsi nəzərdə tutulan imtahanların konkret tarixlərini göstərmişik. Digər aylarda isə hansı imtahanların keçirilməsi planlaşdırılır - onları qeyd etmişik. Çalışacağıq ki, 1 ay öncədən növbəti ay üçün nəzərdə tutulan imtahanların tarixlərini elan edək.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının (blok) 2 dəfə keçirilməsini nəzərdə tuturuq. Bundan əlavə, magistraturaya qəbul imtahanı və rezidenturaya qəbul imtahanının 1-ci mərhələsini də 2 dəfə keçirməyi planlaşdırırıq. Ancaq bütün bunlar vəziyyətdən asılı olacaq.

2021-ci il buraxılış imtahanı fənlərinin СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm 9, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramları da sadələşdirilib.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən  Azərbaycan dili (dövlət dili kimi) fənni  imtahanında şagirdlərə (abituriyentlərə) audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları təqdim olunacaqdır. Buna görə də Azərbaycan dili (dövlət dili kimi) fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur. Bunları artıq elan etmişik. İmtahan modelini də “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim etmişik. Ancaq biz Təhsil Nazirliyi ilə birgə imtahanının strukturunu yenə də müzakirə edəcəyik və ola bilsin ki, açıq sualların təqdim edilmə forması daha da sadələşdirilsin.

 

Bu il tarix fənni üzrə qəbul imtahanı proqramına Vətən müharibəsinə aid mövzular da daxil ediləcək.

Buraxılış imtahanının nəticəsi iki il qüvvədə qalır. Ötən ilin məzunları bu il buraxılış imtahanı da verməyə bilər və keçənilki nəticə ilə ikinci mərhələdə iştirak edə bilərlər”.

 Magistraturaya qəbul üçün iki dəfə şans veriləcək: “İmtahan verən şəxs hər iki imtahanda iştirak etsə də, maksimal bal topladığı imtahanın nəticəsi əsas götürüləcək”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları