Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-01 16:03:16
Fransada oxumaq istəyənlərin diqqətinə - İl ərzində bu qədər pul xərcləyib, bu şərtlərə dözməlisiz

Azərbaycanda  xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı özünə hədəf seçib.

AzEdu.az bu şansdan yararlanmaq üçün xarici ölkələrdəki təhsil qaydaları barədə məlumatlar verməkdə davam edir. Bu dəfə isə Avropa ölkəsi olan Fransada təhsilhaqları və yaşam xərcləri barədə ümumi məlumatları təqdim edirik:

Dünyanın ən inkişaf etmiş ölkələrindən sayılan və Qərbi Avropanın ən geniş sahəyə sahib olan ölkəsi Fransa; İspaniya, Andorra, Monako, İtaliya, İsveçrə, Almaniya, Lüksemburq və Belçikayla həmsərhəddir.

Avropa Birliyinə üzv olan bu ölkə Şengen viza bölgəsinə aiddir. Qədim tarixi, həyat tərzi, muzeyləri, ədəbiyyatı, kinosu, küçələri, kulinariya adət-ənənələri ilə turistləri cəlb edən moda və incəsənətə meylli Fransa; dil təhsili, ali təhsil və iş səyahətləriylə də dünyanın ən çox ziyarət edilən ölkələrindən biridir.

Fransada təhsilhaqqı

Fransada dövlət universitetlərinin illik təhsilhaqqısı 200-600 avro arasında dəyişir. Qeydiyyat zamanı icbari tibbi sığorta da tələb olunur. Bu sığortanın qiyməti isə  illik, təxminən, 250 avrodur. Müəssisə və bölmələrə görə fərqlənən Grande Ecole adlanan xüsusi məktəblər və özəl təhsil müəsisələrinin illik ödənişləri  300 ilə 15,000 avro arasında dəyişir.

Fransada yaşam xərcləri

Fransız hökumətinin, şirkətlərinin və Türkiyədəki bəzi təşkilatların, Fransadakı təhsil ödənişlərinin xaricində, oradakı həyat xərclərini qarşılamaq üçün bölüm, məktəb və şəhərlərə görə dəyişən geniş bir təqaüd imkanları var.

Fransanın digər şəhərləri ilə Parisdəki yaşam xərcləri olduqca fərqlidir. Parisdən kənar bir şəhərdə yataqxana, kirayə tələbə evləri aylıq 400-700 avrodur. Amma Fransız hökumətinin köməyi ilə bu ödənişlər bütün xarici tələbələr üçün 200 avroya qədər endirilə bilər. Parisdə kirayə evlər isə, digər şəhərlərdən fərqli olaraq 600 avrodan başlayan qiymətlərlə təqdim olunur. Fransada aylıq qidalanma xərci 200-400 avrodur. Universitet yeməkxanalarında isə yeməklər, ortalama, 3 avrodur. Şəhərdaxili nəqliyyat xərcləri ayda 30-50 avro arasındadır. Şəhərlərarası nəqliyyatdan istifadə də isə hətta 1 avroya da avtobus tapa bilərsiniz.