Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-04 09:07:00
Teymur Rəcəbov erməni şahmatçıya qalib gələrək çempion oldu

Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə yekun vurulub.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov yarışın qalibi adını qazanıb. 

34 yaşlı şahmatçı finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. İlk görüşdə rəqibini 2,5:1,5 hesabı ilə məğlub edən həmyerlimiz bu gün ikinci dueldə də lazımı nəticəni qazanıb. Rəcəbov 3 görüşdən sonra (0,5:0,5, 1:0, 0,5:0,5) ikinci qələbəni əldə edib. 4-cü görüşün heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb. 

 

Teymur Rəcəbov bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub.  

 

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib.