Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-01 14:55:00
ÜST-dən vaksinlə bağlı DAHA BİR ŞAD XƏBƏR

Ümumdünya Səhiyyə Təşkilatı “Pfizer” və “BioNTech” firmalarının hazırladığı COVİD-19 vaksininin təcili istifadəsinə icazə verib.


Bu barədə ÜST-üm Baş katibinin müavini Mariangela Simao bildirib.


O, qərarı COVİD-19 peyvəndlərinən qlobal əlçatanlığın təmin edilməsi istiqamətində müsbət addım olduğunu bildirib.


Qeyd edək ki, “Pfizer” və “BioNTech” peyvənd tədarükü üçün ABŞ, Avropa İttifaqı, Kanada, Britaniya və Yaponiya ilə razılaşmalar əldə edib. Şirkətlər 2021-ci ilin sonuna qədər 1,3 milyard ədəd peyvənd istehsalını planlaşdırır.

 

Publika