Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-01 12:55:00
ÜST türkiyəli alimlərin yaratdığı peyvəndin təcili istifadəsini təsdiqlədi  

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) türkiyəli professorlar Uğur Şahin və Özlem Türeci cütlüyü tərəfindən idarə olunan “BioNTech” şirkəti və ABŞ-ın dərman nəhəngi “Pfizer” tərəfindən istehsal olunan koronavirus peyvəndinin təcili istifadəsini təsdiqləyib.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə DHA xəbər yayıb.

 

Qeyd edək ki, dekabrın sonunda “Pfizer” və “BioNTech” peyvəndlərinin Avropa İttifaqına (Aİ) göndərilməsi üçün icazə əldə edilib.