Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-30 17:33:00
AzTU-nun rektoru Vilayət Vəliyevin təbriki

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tələbə və müəllim heyətini Yeni və Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik edib.

 

AzEdu.az rektorun təbrikini təqdim edir:

 

"Hörmətli müəllimlər, əziz tələbələr!

 

Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram!

 

Yola saldığımız 2020-ci il bütün dünya üçün çətin sınaqla başladı. Koronavirus infeksiyasının yayılması nəticəsində ənənvi həyat tərzimizdən uzaqlaşmalı olduq. Artıq iki semestrdir ki, siz tələbələrlə doğma universitetimizdə görüşə bilmirik. Bütün bunlara baxmayaraq biz sağlamlığımız üçün pandemiya dövründə qaydalara əməl edib virusa birgə qalib gəlməliyik.  

 

2020-ci ilin sonu isə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Belə ki, 30 il ərzində işğal altında olan torpaqlarımız azad olundu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızın işğalına son qoyaraq Şanlı Qələbə qazandı. Beləliklə Azərbaycan 2020-ci ili qalib kimi başa vuran yeganə ölkə oldu.  

 

Qarşıladığımız 2021-ci ildən də istər ölkəmiz, istərsə də təhsilimiz üçün gözləntilərimiz böyükdür.

 

Tezliklə pandemiyanın bitməsini və sizi doğma universitetimizdə görməyi arzu edirəm. Hər zaman dediyim kimi, siz tələbələr universitetimizin sahiblərisiz!

 

Yeni ildə sizə can sağlığı, xoşbəxtlik və firavan həyat arzulayıram.

 

Bayramlarınız mübarək!"