Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-30 15:23:00
BANM-da Onlayn Şahmat Turnirinin qalibi məlum oldu  

Bakı Ali Neft Məktəbinin yaranmasının 9-cu ildönümünə həsr olunmuş Onlayn Şahmat Turniri başa çatıb. 


AzEdu.az xəbər verir ki, 18-28 dekabr tarixlərində lichess.org platformasında keçirilən Turnirdə 40 nəfər oyunçu iştirak edib. 
 

Gərgin mübarizə şəraitində keçən yarışmanın finalında Məmmədli Anar rəqibi Şəfizadə Kənan üzərində inamlı qələbə qazanaraq Şahmat Turnirinin qalibi olub.
 

3-cü yer uğrunda isə Kazımlı Qəhrəman Niftəliyev Şahini məğlub edərək turnirin bürünc medalına sahib olub.
 

Turnirin yekun oyunları 2 qat Avropa, 4 qat Azərbaycan çempionu, eyni zamanda, dünya çempionatının qalibi, Al–Ain Beynəlxalq Çempionatında I yerin sahibi, 2014-cü ildə "Beynəlxalq Usta" (İM) adına layiq görülmüş, kişilər arasında Azərbaycan çempionu, 2470 Elo reytinqinə sahib Abdulla Qədimbəylinin şərhində “Zoom” platforması üzərindən “Live stream” olaraq təqdim olunub. 
 

Oyunların sonunda Beynəlxalq Şahmat ustası Abdulla Qədimbəyli tələbələri maraqlandıran suallara cavab verib, bu ağır dönəmdə şahmatsevərləri bir araya yığaraq turniri təşkil etdiklərinə görə Bakı Ali Neft Məktəbinin rəhbərliyinə və kollektivinə dərin minəttarlığını bildirib. 
 

Yarışın qalibləri müvafiq sertifikat və hədiyyələrlə təltif olunacaqlar.
 

Qalibləri səmimi qəlbdən təbrik edirik.