Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-26 16:35:00
Azərbaycanda koronavirusdan 4 255 nəfər sağaldı,1 428 yeni yoluxma qeydə alındı

Azərbaycanda koronavirus infeksiyasına 1 428 yeni yoluxma faktı qeydə alınıb, 4 255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 213 192 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 164 500 nəfər müalicə olunaraq sağalıb, 2 454 nəfər vəfat edib. Hazırda 46 238 aktiv xəstə var.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 507, bu günə qədər isə ümumilikdə 2 141 798 test icra olunub.