Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-25 13:07:00
Azərbaycanda yeni uşaq telekanalı yaradıla bilər - AÇIQLAMA

“Türkiyənin TRT telekanalı və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ortaq layihəsi olaraq uşaq televiziyasının yaradılması nəzərdə tutulur”.

Bunu AZTV-nin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə iş gedir:

 

“Amma bu bir-iki ilin işi deyil. Burada texnikalar alınmalı, kadr balansı olmalıdır. Hazırlıq və yayım prosesi üç-dörd il çəkir.

Uşaq televiziyası ən çox maliyyə tələb edən layihədir. Xaricdən cizgi filmləri alına bilər. Amma o filmlərdə milli ruh olmayacaq”. (oxu.az)