Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-23 18:00:00
Azərbaycan dili (tədris dili) üzrə yeni dərsliyin fərqli cəhətləri – video  

 

2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində istifadəyə verilən yeni dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)” dərsliyi də var.

 

AzEdu.az-ın məlumatına görə, Təhsil İnstitutu tərəfindən dərslik komplektinin hazırlanma prosesində dünyada qəbul olunmuş müasir yanaşmalar, qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri, habelə şagirdlərdə oxu və yazma savadlılığının müəyyənləşdirilməsi üzrə PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının çərçivə sənədləri təhlil edilib. Nəticədə dərsliklərin quruluş və məzmunu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər didaktik prinsiplər ümumiləşdirilərək dərslik konsepsiyası və komplekti hazırlanıb.

 

Sözügedən yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edirik.