Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-23 17:11:00
  Azərbaycanda 2 334 yeni yoluxma qeydə alınıb, 46 nəfər vəfat edib    

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 4 461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 46 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 208 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 151 660 nəfər müalicə olunaraq sağalıb, 2 340 nəfər vəfat edib, aktiv xəstə sayı 54 211 olub.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 599 , bu günə qədər isə ümumilikdə 2 102 957 test icra olunub.