Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-21 11:29:00
“Mühəndis-Dizayn Məktəbi" lahihəsi çərçivəsində  şagirdlər də qaliblər sırasında yer alıb - FOTO

Təhsil Nazirliyinin  Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsinin ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib layihələrindən biri də Sumqayıt şəhər İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin qalibi olduğu “Mühəndis-Dizayn Məktəbi” layihəsidir.

 

Layihə rəhbəri Kəmalə Hüseynovanın AzEdu.az-a verdiyi məlumata əsasən, layihə çərçivəsində Sumqayıt, Bakı, Mingəçevir şəhərləri və Abşeron, Lənkəran, Laçın, Füzuli rayonları olmaqla, 7 bölgədə yerləşən 17 ümumi təhsil müəssisəsinin əhatə edildiyi distant formada keçirilmiş təlimlərdə 21 nəfər təbiət-texniki fənn və ibtidai sinif müəllimləri iştirak etmişdir.

 

Təlimlərin distant formada keçirilməsini nəzərə alaraq keçirilmiş təlimlərin interaktiv və praktik işlər üzərində qurulmasına, simulyativ proqramlardan istifadə edilərək interyer dizayn, 3D modelləşdirmə, AR və VR tətbiqlər, mikrobit mühitində proqramlaşdırılmaya giriş verilməsinə diqqət yetirilmişdir.

 

Təlim boyunca iştirakçı müəllimlər öz resurslarını hazırlamış, analoji modellərə tətbiqi yollarını öyrənmiş, hazırladıqları məhsulu paylaşmaq, əməkdaş şəkildə dizayn etmək yollarını mənimsəmişlər. Sevindirici haldır ki, distat təlimlər boyunca müxtəlif bölgələrdən olan müəllimlərin bir-birinə həmkar dəstəyi, qrup formasında işləməyi müşahidə edilmişdir.

 

Müəllimlərin təlimlərdən öyrəndikləri yeni 3D dizayn, çap və mikrobit proqramlaşdırma məzmununun vərdişə çevrilməsi üçün öz şagirdlərinə də öyrətməsi təşviq edilmiş, bu istiqamətdə müsbət  nəticələr alınmışdır. Belə ki, layihə çərçivəsində elan edilmiş “Mühəndis dizayn bacarıqları” adlı müsabiqəyə iştirakçı müəllimlərlə yanaşı onların şagirdləri də müsabiqə işi göndərmiş və qaliblər sırasında yer almışlar.

 

Layihə çərçivəsində Google Earth proqramının müxtəlif imkanlarından istifadə edilərək onlayn ekskursiya və layihələr təşkil edilməsi də müəllimlərə öyrədilmişdir. Layihə rəhbərinin köməkçisi Aliyə Əhmədovanın verdiyi məlumata əsasən, layihənin icrası zamanı 15 dekabrda iştirakçı müəllimlərin “Micro:bit Live 2020” adlı beynəlxalq onlayn konfransda dinləyici kimi, 18 dekabrda isə Türkiyənin "Baykar Makina" kompaniyasının CEO-su olan Selçuk Bayrakdarın “Milli Teknoloji Hamlesi, yüksek teknoloji geliştirme ve inovasyon” mövzusunda canlı görüşünü dinləmək və suallarını vermək üçün qeydiyyatdan keçməsinə və iştirakına texniki dəstək verilmişdir.

 

Layihə çərçivəsində çap edilmiş “Mühəndis-Dizayn bacarıqları” adlı təlimat materialı STEAM təlim metodunun bu spesifik fəaliyyət xətti istiqamətində ilk ana dilli materialı hesab oluna bilər.