Qış aylarının gəlişi bədənimiz üçün vacib olan D vitamininin qəbul edilməsinə çətinlik yaradır.
AzEdu.az Teleqraf.com-a istinadən xəbər verir ki, D vitamininin ən böyük mənbəyi günəş olmasına baxmayaraq, bu vitamini xaricdən əlavə olaraq qəbul etmək də mümkündür.
Yorğunluq, zəiflik, bədəndə ağrı, sümüklərdə ağrı, halsızlıq, immunitet sisteminin zəifləməsi, oynaq ağrısı, dəyişən əhval-ruhiyyə, yuxusuzluq, depressiya, stress, saç tökülməsi kimi əlamətlər D vitamininin çatışmazlığından xəbər verir.
D vitamini günəş şüası ilə yanaşı, qidalarla da qəbul edə bilərsiniz. Balıq (xüsusilə tuna), süd və süd məhsulları, yumurta, taxıl məhsulları, göbələk, qatıq, kefir, ölü gicitkən, yulaf, ciyər kimi qidalar D vitamini ilə zəngindir.
D vitamini çatışmazlığı müxtəlif xəstəliklərə səbəb oa bilər.
Uşaqlarda D vitamini çatışmazlığı zamanı raxit xəstəliyinə rast gəlinir. Qığırdaq toxumasının yetərincə minerallaşması sümük böyüməsinə imkan vermir. Bədəndə D vitamini çatışmazlığı bağırsaqdan kalsium emilimini azaldır. Bu səbəbdən inkişaf dövründə kalsium və fosfor minerallarının köməyi ilə meydana gəlməsi lazım olan qığırdaq toxuması bu çevrilməni reallaşdıra bilmədiyi üçün böyümə dayanır.
Eyni zamanda, D vitamin çatışmazılığı zamanı osteomalasiya xəstəliyi müşahidə olunur. Bu xəstəliyi yetkin yaşlı şəxslərdə görülən raxit xəstəliyi ilə müqayisə etək olar. Xəstəli sümük böyüməsi başa çatdıqdan sonra meydana gələn minerallaşma pozğunluqlarını ehtiva edir.
D vitamini əskikliyi zamanı sümük və bel ağrıları müşahidə olunur. D vitamini çatışmazlığı olan şəxslərdə sümüklərdə, xüsusən də ayaqlarda, qabırğalarda və oynaqlarda ağrı ehtimalı yüksəkdir.
kitabı