Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-19 12:29:00
“Könüllülüyün bir açarı” layihəsində 100-dən çox tələbə iştirak edib

“Könüllülər ili” çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Könüllülüyün bir açarı” layihə başa çatıb.

Nazirlikdən  bildirilib ki, tələbə-könüllülərin dünyagörüşünün artırılması, intellektual düşünmə qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə keçirilən layihədə 19 ali və orta ixtisas təhsili müəssisəsindən 100-dən çox tələbə-könüllü yarışıb. “Könüllülüyün bir açarı” onlayn kvestdə intellektual suallar Qarabağa, tarixi qələbəyə həsr olunub.

Onlayn formatda reallaşdırılan layihədə suallara verilən cavablardan qazanılan xallara əsasən, I yerə “Victory”, II yerə “Diamond”, III yerə “Game over” komandasının tələbə-könüllüləri layiq görülüb.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının milli könüllü platforması kimi 24 mindən çox üzvü var. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 600-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “Bir” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.(azertac)