Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-19 12:14:00
Dövlət qulluğu vəzifələri üzrə müsahibədə 281 nəfər uğur qazanıb

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

AzEdu.az DİM-ə  əsasən xəbər verir ki, müsahibədə 281 nəfər uğur qazanıb. Onlardan 155-i Təhsil Nazirliyində, 23-ü Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 22-si Dövlət Statistika Komitəsində, 17-si Maliyyə Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.