Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-18 16:51:00
Azərbaycanda COVİD-19-dan sağalma yoluxmanı ÜSTƏLƏDİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3962 yeni yoluxma faktı qeydə alınıb, 4188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 195 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 131 252 nəfər müalicə olunaraq sağalıb, 2 133 nəfər vəfat edib, aktiv xəstə sayı 62 037 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 305, ötən müddət ərzində isə ümumilikdə 2 031 308 test aparılıb.