Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-17 17:45:00
İMİŞLİDƏ I FORUM KEÇİRİLDİ

14 dekabr 2020-ci ci il tarixində İmişli Fəal və Gənc müəllimlər Assosiasiyasının I Forumu keçirildi. Forum Azərbaycan Rəspublikasının Dövlət Himni ilə açıq elan olundu. Möhtəşəm Qələbə münasibəti ilə hər kəs səmimi qəlbdən təbrik edildi.

Bu müqəddəs amal uğrunda canından keçən şəhidlərimiz dərin hüzn və qürur hissi ilə anıldı. Yaralı qazilərimizə şəfa arzu edildi. Forumun gündəliyində 3 məsələ müzakirə edildi:

1. Hesabat və görüləcək işlər; 2. Təşkilati məsələ; 3. Qrant Layihəsinin icrası və nəticələri haqqında məlumat. Assosiasiyanın fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirildi. Gənc müəllimlərdən Əsədova Səbinə və Hüseynli Asim illik hesabatı təqdim etdilər, 2021-2022- ci ildə görüləcək işlər barəsində ətraflı məlumat verdilər.

İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev çıxış edərək Assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirdi. Fəal, yaradıcı, məsuliyyətli müəllimlərə Təhsil Şöbəsinin hər zaman dəstək olacağını vurğuladı.

İmişli RTŞ-ın müdir müavini və Assosiasiyamızın yaranma təşəbbüskarı və istqamət verənimiz Vahid Tağıyev forumda Assosiasiyanın hesabatını çox qürur hissi ilə dinlədiyini, gənclərin tədbirlərində dəfələrlə iştirak etdiyini, görülən işlərin bundan dəfələrlə çox olduğunu bildirdi. Hesabat dövründə müəllimlərin fəaliyyətini çox yüksək dəyərləndirdi.

Gənc müəllimlərin öz işlərinə hər zaman sevgiylə, yüksək peşəkarlıqla yanaşdıqlarını qeyd etdi və sonda İmişli Fəal və Gənc Müəllimlər Assosiasiyasının daha böyük uğurlara imza atacağını əsaslandıraraq, inamını ifadə etdi. Formun aparıcıları olan müəllimlər Miryusif Kazımov və Gülgün Rzayeva gündəlikdə olan məsələlərə uyğun tədbiri peşəkarcasına idarə etdilər. Ürək sözü demək istəyənlərə söz verdilər. Forumda Səbinə Əsədova Assosiasiyanın sədri, Yusif Kazımov, Gülgün Rzayeva, Asim Hüseynli, Nəcibə Uğurliyeva, Nuriyə İsmayılova və Ülkər Fərəcli idarə heyətinin üzvləri olaraq təqdim olundu. Forumda RTŞ-ın metodisti Kənan müəllim, məktəb direktoru Əli müəllim, Əməkdar müəllim Xuraman müəllim, gənc direktorlardan Əlidursun müəllim, Elşad müəllim, Ramil müəllim və assosiasiyanın digər üzvləri olan gənc və fəal müəllimlər iştirak etdilər.

24.11.2020 tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsində qalib olmuş “Gənc müəllimlərin fəaliyyətlərinin inteqrasiya edilməsi, stimullaşdırılması və dəstəklənməsi” layihəsinin rəhbəri Yusif müəllim, layihənin eksperti Firudin Tahirov, təlimçi, BMU-nun müəllimi Bəhman Qüdsi Məmmədov müəllim və psixoloq Əziz Kərimli layihənin məqsədi və aparılmış təlimlərin nəticəsi haqqında ətraflı məlumat verdilər. Sonda Vahid Tağıyev tədbiri yüksək qiymətləndirərək bütün iştirakçılara təşəkkürünü bildirdi və uğurlar arzuladı. Səbinə Əsədova, İmişli Fəal və Gənc Müəllimlər Assosiasiyasının sədri.